Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 12:55:00
Eşitmə əngəlli şagirdlər üçün xüsusi test kitabçaları hazırlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 30-da və mayın 1-də respublikanın 22 şəhər və rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 51 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.