Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 11:27:00
Şagirdlərin inkişafı üçün Sinqapur müətəxəssislərindən istifadə edirik – Direktor müavini

 

“Son illərdə biz təbiət fənlərinin məzmununun və kurikulum hazırlanmasında, dərslik komplektlərinin işlənməsində Sinqapurun “Alston” təhsil şirkəti ilə əməkdaşlıq edirik”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva qeyd edib.

 

“Sinqapur şagirdləri tədqiqatlarda çox yüksək nəticələr əldə edirlər, yüksək nəticələrin əldə olunduğu bir sistemdən faydalanmaq, yəni onların ekspertlərindən öyrənmək, onlarla fikir mübadiləsi aparmaq niyə də olmasın?! Biz düşündük ki, bizim mütəxəssislərimiz onların mütəxəssisləri ilə əməkdaşlıq edərlərsə, bu çərçivədə bizim bilik və bacarıq səriştələrimiz yüksələcək”