Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 16:13:00
UNEC-də Beynəlxalq İngilis Dili Günü qeyd olunub  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq İngilis Dili Gününə həsr olunan əyləncəli-bədii proqram təşkil olunub.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə tələbə və müəllimlər ingilis dilində maraqlı səhnəciklər göstərib, mahnı və şeirlər səsləndiriblər.

 

Bədii hissədən sonra Xarici dillər kafedrasının müdiri professor Afət Abbasova maraqlı çıxışlar üçün tələbə və müəllimlərə təşəkkürünü bildirib, tədbirin ənənəvi olaraq hər il keçiriləcəyini diqqətə çatdırıb.