Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 09:55:00
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib-DİM  

Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili fənni üzrə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun birinci mərhələsinin ilk məşğələsi keçirilib.

DİM-dən AzEdu.az-a bildirilib ki, hazırlıq kursu Mərkəzin əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.

DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursunun məqsədi haqqında təqdimatla çıxış edib. Sonra məşğələnin moderatoru Nərminə Əliyeva müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan altstandartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimat edib.

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun ikinci məşğələsi növbəti həftə keçiriləcək.