Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-25 17:47:00
Texniki Universitetdə 30 ixtisas üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır  

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbuluna başlanılıb.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.

 

Bu ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

Sənədlərin qəbulu avqustun 1-dək davam edəcək.

Namizədlər ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına yaza bilərlər.