Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-21 17:04:00
UNEC və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi əməkdaşlıq edəcək  

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Moon Jong Hyunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, rektor professor Ədalət Muradovun iştirakı ilə keçirilən görüşdə UNEC ilə KOICA arasında əməkdaşlığın istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Həmçinin ali təhsilin rəqəmsallaşdırılması, rəqəmsal UNEC modelinə süni intellekt modulunun tətbiq edilməsi imkanları müzakirə olunub.