Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-21 14:20:00
AzTU-nun məzunu, Vətən müharibəsi şəhidi Rəşad Zeynallının doğum günüdür

1998-ci il aprelin 21-də Bakıda anadan olan Rəşad Zeynallı orta təhsilini 60 nömrəli tam orta məktəbdə alıb. O, 2015-2019-ci illərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alıb.

 

AzEdu.az xəbər verir ki, Rəşad Zeynallı 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.

 

Rəşad Zeynallı oktyabrın 8-də Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, II Fəxri xiyabanda dəfn olunub.

 

Prezident İlham Əliyevin sərəncamları ilə Rəşad Zeynallı “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!