Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-20 15:42:00
Bağçalarla bağlı ən çox verilən suallar və cavabları -AzEdu-nun “Poçt qutusu”na gələnlər

 

 

AzEdu.az təhsil portalında yeni “Problem, şikayət, sual və təkliflər” xidmətinə start verilib.

 

Xidmət çərçivəsində təhsil ictimaiyyətinə aid  şəxslər (müəllim, şagird, tələbə və bu sahəyə üzv olan insanlar) həmin sektorda qarşılaşdığı problem, şikayət, onları narahat edən sual və digər halları bizimlə bölüşmək imkanı əldə edəcək.

 

AzEdu.az rubrikanın növbəti buraxılışınında bizə gələn sualları və onların cavablarını təqdim edir:

 

Sevinc Zeynallı

 

SUAL: İşə qəbulla bağlı bağçalara qeydiyyat hansı tarixdə aparılacaq?

 

CAVAB: Hazırda Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən şəxslərin bağçalara işə qəbul prosesi ilə bağlı vahid proqram hazırlanır və buna görə də test imtahanın nə zaman keçiriləcəyi məlum deyil. Məsələ ilə bağlı yay aylarında ictimaiyyətə daha dəqiq və təfərrüatlı məlumat veriləcək.

 

Sezinc Zeynallı digər sualını ünvanlayır:

 

SUAL: Mən ailə və ev təhsili üzrə ixtisasa yiyələnmişəm. Bağçalara qəbulda iştirak edə bilmək imkanım varmı?

 

CAVAB:Xeyr, birbaşa iştirak etmək imkanı mümkün deyil. Lakin Pedaqoji Universitet və digər təhsil müəssisələrinin həyata keçirdiyi təkmilləşdirmə kurslarından əldə edilən sertifikat nəticəsində bu, həyata keçirilə bilər.

 

Aynurə Rüstəmova

 

SUAL: Sumqayıtda bağçalar üzrə elektronlaşdırma prosesi nə zamandan  başlayır?

 

CAVAB: Hazırda Bakı şəhəri üzrə bağçalara uşaqların qəbulu prosesi elektron formatda aparılır, lakin məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün digər rayon və bölgələrdə elektronlaşma mərhələli şəkildə aparılacaq. Dəqiq tarix isə məlum deyil.

 

Nəbi Həbibov

 

SUAL:2 il təcrübəsi olan müəllim 4 ay başqa rayon məktəbində müddətli müqavilə ilə işləyərsə, ona məzuniyyət pulu düşürmü? 

 

CAVAB: 4 aylıq müddətli müqavilə ilə işləyən müəllimə Əmək Məcəlləsinə uyğun olaraq məzuniyyət haqqı verilmir. Lakin şəxs həm müddətli, həm daimi əsaslarla işləyirsə, o,  məzuniyyət haqqından yararlana bilər və qanunvericiliyə uyğun ona məzuniyyət pulu ayrılacaq.

 

Ramil Vəliyev

 

SUAL: Biz  Yeni Yasamal ərazisində qeydiyyatdayıq, lakin  övladım Abşeron rayon Xırdalan  şəhərindəki bağçaya getmək imkanı əldə edə bilərmi?

 

CAVAB: Uşaqların bağçaya qəbul prosesi şəxsin yaşadığı əraziyə uyğun aparılır, lakin digər məktəbəqədər təhsil müəssisələrində boş yerlər qaldıqda valideynlər oraya qəbul üçün müraciət edə bilərlər.

 

Nərminə Hüseynova

 

SUAL: Bu il bağçalara imtahan verən müəllimlərdən ixtisası ibtidai təhsilin metodikası olan şəxslər iştirak edə bilərmi?

 

CAVAB: Əvvəlki cavabda da qeyd etdiyimiz kimi bağçalara işə qəbulda yalnız məktəbəqədər təhsil müəssisələri üzrə orta və ali təhsil alan şəxslər iştirak edə biləcək. Lakin Pedaqoji Universitet və digər təhsil müəssisələrində məktəbəqədər təhsil üzrə təkmilləşdirmə kursu keçərək sertifikat əldə edən şəxslər test prosesində iştirak etmək imkanı qazanacaqlar.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları