Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-20 13:47:00
Tələbələr “Azərbaycan Dəmir Yolları” QSC-də vakansiyalar barədə məlumatlandırılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları ilə ADNSU-nun elektrik və mexanika ixtisasları üzrə təhsil alan 4-cü kurs tələbələri və magistrantların görüşü olub.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, görüşdə universitetin Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova ADNSU-da təhsilin inkişafına xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti haqqında qısa videosüjet izlənilib.

 

Sonra mütəxəssislər tələbələr üçün iş imkanları, işə qəbul qaydaları ilə bağlı geniş məlumat veriblər. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları” QSC-nin işə qəbul şöbəsinin əməkdaşları müvafiq ixtisaslar üzrə vakansiyalar haqqında tələbələri məlumatlandırıblar.

 

Suallar cavablandırılıb.