Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-20 12:37:00
DİM: Buraxılış imtahanlarının keçirilməsinə dörd mindən çox nəzarətçi-müəllim ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 23-24-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarına ümumilikdə 193 imtahan binası, 3271 imtahan zalı ayrılıb.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanların idarə olunmasına 193 ümumi imtahan rəhbəri, 524 imtahan rəhbəri, 4082 nəzarətçi-müəllim, 381 buraxılışı rejimi əməkdaşı (mühafizə), 193 bina nümayəndəsi cəlb edilib.

 

Respublikanın 22 şəhər və rayonunda təşkil olunacaq imtahanlarda 43 min 127 şagirdin iştirakı nəzərdə tutulur.