Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-20 09:27:00
UNEC-də yay semestrinə qeydiyyat başlanıb  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün yay semestrinə qeydiyyat başlanıb.

UNEC-dən AzEdu.az-a bildirilib ki, yay semestrinə qeydiyyat iyulun 15-dək davam edəcək.

Tələbələr siyahıda təqdim edilməmiş, lakin akademik borcları olduğu digər fənlər üzrə də qeydiyyat üçün müraciət edə bilərlər. Qrupların açılmasına kifayət edəcək sayda tələbə müraciəti formalaşdıqda həmin fənlərdən də qruplar yaradılacaq. Yay məktəbinə digər ali təhsil müəssisəsinin tələbələri də qoşula bilərlər. Tələbələr qeydiyyat üçün fakültə, mərkəz və məktəb tyutorlarına müraciət etməlidirlər.

Yay semestri tələbələrin akademik borclarının ləğv edilməsi, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi və ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması məqsədilə təşkil edilir.