Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-19 15:56:00
BDU-da tədbir: Narkomaniyaya YOX deyək

Bakı Dövlət Universitetində (BDU) Biologiya, Kimya, Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya YOX deyək!” mövzusunda tədbir keçirilib.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edib, narkomaniyaya qarşı mübarizənin əhəmiyyətini vurğulayıb.

 

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov gəncləri sağlam həyat tərzi keçirməyə, kitablardan, filmlərdən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

 

Ehtiyatda olan polis polkovniki Adıgözəl Adıgözəlov, Bakı şəhəri Narkoloji Mərkəzin narkoloq-həkimi Fəzail Sadıqov, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, BDU-nun Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Diyanə İbrahimova və həmin fakültənin IV kurs tələbəsi Ayşən Qəribova çıxışlarında psixoaktiv maddələrin kimyəvi tərkibi və yaratdığı fəsadlar, bununla əlaqədar hüquq pozuntularının profilaktikası haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

 

Narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığı, hazırda ciddi qlobal problemə çevrildiyi diqqətə çatdırılıb.

 

Sonra tələbələrin sualları cavablandırılıb