Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-19 10:15:00
UNEC-də “Fərdi inkişaf” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsi və Rəqəmsal Könüllülər Təşkilatının təşəbbüsü ilə “Fərdi inkişaf” mövzusunda təlim keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, tədbirdə fakültə dekanı dosent Elçin Eyvazov təlimçi tələbələrin fərdi inkişafının əhəmiyyətindən danışıb, bu istiqamətdə tədbirlərin faydalı olacağını diqqətə çatdırıb.

 

Sonra “NLP Academy” psixoloji xidmət və təlim mərkəzinin təsisçisi və direktoru Elmir İsgəndərov fərdi inkişafın hədəflərə çatmaq, sağlam ünsiyyət qurmaq və şəxsiyyət kimi formalaşmaqdakı rolundan danışıb.