Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-19 10:27:00
BANM-ın 4 tələbəsi ABŞ-ın nüfuzlu universitetlərinə QƏBUL olub

 

Bakı Ali Neft Məktəbinin 4 tələbəsi ABŞ-ın nüfuzlu universitetlərinə qəbul olublar.

 

AzEdu.az xəbər verir ki, bu barədə ali məktəbin rektoru Elmar Qasımov paylaşım edib:

 

“4 nəfər bakalavr pilləsinin sonuncu kurs tələbələrimiz ABŞ - ın nüfuzlu Universitetlərinə birbaşa Doktorantura pilləsinə qəbul olublar. İsa, Xaqan, Rəşad və Sənan. Çox möhtəşəm gənclərdi.  Eyni zamanda bu uğur Ali Məktəbimizin uğurudu. Bizim diplomları, təhsilimizin səviyyəsini dünyanın hər yerində qəbul edirlər.  Gənclərimiz təqaüd qazanıblar. Bu münasibətlə onları,valideynlərini,müəllimlərini, yaxınlarını ürəkdən təbrik edirəm.

Allah sizi qorusun”