Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 17:07:00
Bu fənlər üzrə işçi qruplarının iclasları keçirilib

18 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

 

AzEdu.az xəbər verir ki, fənlər üzrə işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 8‑ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının dərsliklərlə müqayisəli təhlili olub.
 

Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər verilib.

 

Növbəti iclaslarda qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili davam etdiriləcək.