Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-17 18:00:00
AzTU təkrar ali təhsil üçün sənəd qəbulu elan edir

Azərbaycan Texniki Universiteti (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.

 

AzEdu.az xəbər verir ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada aztu.edu.az saytı vasitəsilə (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.

 

Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüqu­qunu qazanacaqlar.

 

Sənədlərin qəbulu 2022-ci il aprelin 15-dən avqustun 1-dək aparılacaq. Namizədlər ətraflı məlumat üçün  [email protected] elektron poçt ünvanına yaza bilərlər.

 

Daha ətraflı:

 

http://aztu.edu.az/azp/#/azp/etc/noticeView.do?deptid=0&articleid=20220415112513397935