Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-17 12:42:00
Buraxılış imtahanında abituriyentlər riyaziyyatdan bu çətinlikləri yaşayıblar-Təhsil İnstitutu


2021-ci ildə keçirilən buraxılış imtahanlarının təhlil nəticələrinə əsasən (2022-də də eyni çətinliklərin olduğu təxmin olunur) riyaziyyatdan həndəsə məzmun xətti şagirdlərin çətinlik çəkdiyi sahələrdən biri olmuşdur. Səthin sahəsinin və kubun həcminin hesablanması, iki nöqtə arasında məsafə düstürü, koordinatlara görə çevrə tənliyinin yazılması, düz xəttin qrafiki və çevrənin düz xəttə nəzərən vəziyyəti haqqında suallara cavab verməkdə şagirdlər çətinlik çəkmişdirlər. Açıq kodlaşan suallarda bu xüsusilə müşahidə olunmuşdur.


Həndəsə biliyi bacarığa çevirmək üçün geniş imkanlara malik sahədir. Həndəsə sualları ilə şagirdləri öyrəndikləri bir çox biliklərin ardıcıl və birgə istifadə edərək, yeni biliyin öyrənilməsi üçün necə istifadə etdiyini müəyyən etmək mümkündür. Yani əzbər biliyin (informasiyanın) soruşulmasından qaçmaq daha rahatdır. Eyni zamanda həndəsə sualları yaxşı şəkil çəkə bilmə (koordinat müstəvisi və s.) və müxtəlif həndəsi fiqurların müstəvidə qarşılıqlı əlaqəsin görmək baxımından maraqlı məzmun xəttidir. Müəllimlərimiz həndəsə ilə bağlı həyatda lazım olan səriştələri əhatə edən suallarla şagirdlərimizdə lazım olan səriştələri gücləndirə bilərlər. Məsələn, əgər şagird sahənin tapılmasını bilirsə, evin enini və uzunluğunu bilməklə ona nə qədər dam örtüyü lazım olduğunu hesablaya bilməlidir.

 

Rüfət Əzizov-Təhsil İnstitutunun direktoru