Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-17 11:03:00
Şagirdlər buraxılış imtahanında BU MÖVZULARDAN çətinlik yaşayıblar-Təhsil İnstitutu

2021-ci ildə keçirilən buraxılış imtahanlarının təhlil nəticələrinə əsasən (2022-də də eyni çətinliklərin olduğu təxmin olunur) ana dilindən oxu məzmun xətti şagirdlərin çətinlik çəkdiyi sahələrdən biri olmuşdur. Oxuyub-anlama, mətndə fikir və mülahizələrə münasibət bildirmək, mətndə irəli sürülmüş fikirləri dəyərləndirmək və sözlərin mənasını dəqiqləşdirməkdə şagirdlər çətinlik çəkmişdir. Ana dilindən açıq kodlaşan və mətnlərin oxuyub cavablandırılmasını tələb edən suallara cavab verə bilməmişdirlər.

Oxuyub-anlama səriştələrini yetişdirmək uşaq yaşlarından tədricən formalaşır. Çoxlu oxumaq, müzakirə etmək, oxuyub danışmaq, alternativ fikirlər irəli sürmək, oxuyub müqaisəli analiz etmək, birgə oxumaq və s. vacib alətlər bu səriştələri uzun müddətdə formalaşdırır. Repetitor yanına getməklə bu səriştələrin qısa müddətdə və mühit olmadan formalaşdırmaq mümkün deyildir.

 

Rüfət Əzizov-Təhsil İnstitutunun direktoru

Şükufə Süleymanlı
Müəllifin digər yazıları