Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-17 14:00:00
Bazar gününün HAVA PROQNOZU

Aprelin 17-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.

 

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-19° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.

 
 
 
 Nisbi rütubət 60-70 % olacaq.