Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-17 12:56:00
Azərbaycanlı tələbələrin yanğınsöndürən dron layihəsi TEKNOFEST-də finala çıxıb

TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində Bakıda birmühərrikli pilotsuz uçuş aparatı layihəsi təqdim olunacaq.

 

Bunu Trend-ə TEKNOFEST-in iştirakçısı olan "BsuFlight Team T-11" komandasının üzvü Firəngiz Qurbanova deyib.

 

Onun sözlərinə görə, PUA müstəqil uçuş funksiyasına malik olacaq.


"Aparatın ön hissəsində 360 dərəcə görüntülü kamera quraşdırılacaq. Həmçinin PUA qaz sensorları və tüstü detektorları ilə təchiz olunacaq. Bu qurğular yanğın olan ərazilərn aşkar olunmasına kömək edəcək", - deyə o bildirib.

 

Onun sözlərinə görə, PUA fövqəladə hallar üzrə xidmətlərə kömək göstərə bilər.

 

"Bizim aparatımız ucqar ərazilərdə yanğın və ya tüstülənməni asanlıqla aşkar edə, koordinatları ötürə və ya özü söndürə bilər. Bunun üçün aparat xüsusi yanğınsöndürən şarlarla təchiz olunacaq", - F.Qurbanova deyib.

 

"Şarların iş prinsipi onların 80 dərəcəyədək qızma halında özünü aktivləşdirməkdən ibarətdir. Bu temperatura çatdıqdan sonra şarın örtüyü parçalanır və nəticədə yanğınsöndürən tozlar ətrafa səpələnir", - o əlavə edib.

 

Öz növbəsində kapitan Rəşad Qocalar komandanın bu istiqamətdə Azərbaycanın fövqəladə hallar xidmətlərinə dəstək göstərməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.