Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-17 11:57:00
Abituriyentlərin NƏZƏRİNƏ: Yeni ixtisaslar yaradılacaq

Sosial media marketinqi və ictimaiyyətlə əlaqələr kimi peşələr son dövrlərin ən çox tələb olunan sahələridir. Ancaq Azərbaycanın Ali təhsil müəssisələrində bu ixtisaslar üzrə kadr hazırlığı yoxdur. Halbu ki, əksər iş elanlarında belə peşələr üzrə mütəxəssis axtarıldğını görürük. 

 

AzEdu.az Xəzər TV-yə istinadən xəbər verir ki, Təhsil Nazirliyini yanında İctimai Şuranın katibi İlqar Orucov bildirir ki, Ali təhsil müəssilərinə tələbə qəbulu əmək bazarının tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda yeni ixtisasların yaradılması üçün həmin sahə üzrə ixtisaslı kadrlar olmalıdır. 

 

Marketinq üzrə mütəxəssis Orxan Salmanov isə deyir ki, sözügedən peşələrə işə qəbul zamanı namizədlərdən ilk növbədə marketinq bilikləri, daha sonra isə təhsil tələb olunur.


Məsələ ilə bağlı Təhsil Nazirlyindən bildirildi ki, hazırda Ali məktəblərin jurnalistika fakültələrində tələbələrə bu peşələr üzrə təlimlər keçilir. Ancaq gələcəkdə bununla bağlı yeniliklərin olması mümkündür.