Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 15:30:00
BDU-da Gəncə və Mingəçevir şəhərlərinin “ekoloji karkas” modeli yaradılıb  

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Azərbaycanda urbanizasiyalaşmış landşaftların inkişaf dinamikasının modelləşdirilməsi və optimallaşdırılması (Gəncə və Mingəçevir şəhərlərinin timsalında)” mövzusunda elmi seminar keçirilib.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Fiziki coğrafiya kafedrasının dissertantı Xumarxanım Dadaşovanın mövzu üzrə məruzəsi dinlənilib.

 

X.Dadaşova bildirib ki, mövzu Azərbaycanın Gəncə və Mingəçevir kimi əhəmiyyətli şəhərlərinin ən aktual problemlərini işıqlandırmaqla bərabər, hər iki şəhər üçün ekoloji risk zonalarının araşdırılması və təhlili məsələlərini özündə ehtiva edir. Tədqiqatda Gəncə və Mingəçevirin ekoloji problemləri və onların həlli yolları göstərilib, həmçinin həmin şəhərlər üçün “ekoloji karkas” modelləri müəyyən edilib.

 

Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova çıxış edərək Gəncə və Mingəçevir şəhərləri üçün “ekoloji karkas” modelinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə dissertantın elmi fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

 

Dosentlər İmran Abdullayev, Saleh Nağıyev və Ələkbər Həsənəliyev çıxışlarında Gəncə və Mingəçevir şəhərlərində optimallaşdırma işlərinin aparılması üçün yaşıllıqların salınmasının vacibliyini qeyd ediblər.

Sonra suallar cavablandırılıb.