Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 11:15:00
Rektor əməkdaşları açıq müzakirəyə dəvət etdi

UNEC rektoru, professor Ədalət Muradov universitetin inkişafı məqsədilə əməkdaşları açıq müzakirəyə dəvət edib.

 

AzEdu.az rektorun dəvətini təqdim edir:

 

"Dəyərli həmkarlar,

 

“UNEC-100” İnkişaf Strategiyasında, 2030-cu ildə UNEC-in 100 illiyində dünyanın TOP-500 universitetləri sırasına yüksəlməyi hədəfləmişik. Bunu nəzərə alaraq, UNEC-də təhsilin keyfiyyətinin təmin edilməsi, tədqiqat universitetinə çevrilməsi, müasir universitet idarəetmə modelinin formalaşdırılması və s. məqsədlə hər birinizi açıq müzakirəyə dəvət edirəm.

Təkliflərinizi [email protected] e-mailinə göndərməyinizi xahiş edirəm.

Təkliflərin qəbulu üçün son tarix: 29.04.2022-ci il

Müzakirələrin başlama tarixi: 11.05.2022-ci il"