Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 09:57:00
UNEC-də iş dünyasının tanınmış nümayəndələri ilə görüşlər davam edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Zəfəroğlu inşaat” şirkətinin təsisçisi Zəfər Məmmədovla tələbələrin görüşü keçirilib.


UNEC-dən AzEdu.az-a bildirilib ki, tədbirdə fakültənin dekanı dosent Mirağa Əhmədov iş dünyasının tanınmış nümayəndələri ilə mütəmadi olaraq görüşlərin təşkil edildiyini bildirib.

Tələbələrin həmin şirkətlərdə könüllü qismində, eləcə də təcrübə proqramlarında iştirakı və gələcəkdə işlə təmin olunması məsələsindən danışıb.


Sonra Zəfər Məmmədov təsis etdiyi şirkətin uğurlarından və perspektivlərindən söz açıb. O, uğurlu karyera və şəxsi biznes qurmağın önəmli məqamlarını açıqlayıb. Tələbələrə ideyaları ilə bağlı şirkətə müraciət etmələrini tövsiyə edib.