Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 11:12:00
Həyat bilgisi fənnini tədris edən müəllimlər üçün vebinar keçirilib

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyat bilgisi fənnini tədris edən müəllimlər üçün “Refleksiv müəllim” vebinarı keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, iştirakçılara Ş.Əfəndizadə adına 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Təhminə Sadıqovanın təqdimatı əsasında I sinif “Həyat bilgisi” dərsliyində olan “Təhlükəli avadanlıqlar” mövzusu üzrə dərs icmalı təqdim edilib.

 

Layihənin məqsədinə uyğun olaraq müəllimlər əvvəlcə icmalı müzakirə edib, sonra ardıcıl olaraq dərslə bağlı sual, qeyd və təkliflərini bildiriblər. Yekunda isə fikir mübadiləsi aparılmaqla dərsin daha səmərəli, uğurlu icmalı hazırlanıb.

 

Qeyd edək ki, daha təkmil formada hazırlanan dərs icmalları müxtəlif fənn müəllimlərinin yararlanması üçün müvafiq platformalarda yerləşdiriləcək.