Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-12 17:41:00
Valideynlər övladlarını məhz bu səbəbdən sınaqlara tez-tez göndərməlidir-Ekspert açıqladı

Ölkəmizdə fəaliyyət göstərən təhsil mərkəzləri müxtəlif tarixlərdə və tez-tez bilik yarışları-sınaq imtahanları təşkil edirlər. Sınaq imtahanlarında iştirak şagirdə nə qazandırır? Valideyn övladını nə üçün bu imtahanlara göndərməlidir?

 

AzEdu.az təhsil eksperti Sevinc Purkeştasibin fikirlərini təqdim edir:

 

“İstər aşağı sinif şagirdləri, istərsə də abituriyentlər üçün sınaq imtahanlarında-bilik yarışlarında iştirak çox vacib məsələdir.Sınaq imtahanına mütəmadi olaraq qatılan şagirdlərin nəticələri hər zaman digərlərindən fərqlənir. Bunu kurs müdiri olaraq illərdir ki, təhlil edirəm”.

 

O, imtahanlardakı texniki proseslərdən də danışdı:

 

”Həmçinin texniki prosesləri də öyrənmək üçün bilik yarışlarında iştirakın önəmi böyükdür. Məsələn,6-7-ci sinif şagirdləri var ki, cavab kartında kodlaşmanı bilmirlər, lakin 2-3-cü sinif şagirdi bilir. Bu zaman da sınaq imtahanlarında iştirakın nəticəsini görmüş oluruq”.

 

İmtahanlarda iştirak edən şagirdlərin həyəcanı da az olur...

 

“Bilik yarışlarında iştirak edən şagirdlərin yekun qəbul imtahanları ilə bağlı həyəcanları da az olur. Həmçinin sınaqların nəticəsindən şagird də , valideyn də öyrənmiş olur ki, hansı mövzuda çətinliyi-zəifliyi var”. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları