Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-12 12:16:00
Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvünün TƏHSİL HƏYATI  

 

 

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv təyin edilib.

 

Bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

 

AzEdu.az Taleh Kazımovun təhsil həyatını təqdim edir:

 

Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin ediləcək 38 yaşlı Taleh Kazımov 2004-cü ildə AzTU-nun "Avtomatika və kompüter mühəndisliyi" fakültəsinin məzunu. 2006-cı ildə ADNA-nın ABŞ-ın Corciya Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinin məzunu. 2012-ci ildə London Biznes Məktəbinin; 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını bitirib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları