Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-11 15:54:00
Elman Rüstəmovun təhsil həyatı- Moskvada doktorantura, elmi nəşrlər...

 

 

 

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.

 

Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.

 

Elman Rüstəmov 1995-ci ildən Mərkəzi Bankın rəhbəri vəzifəsini icra edib.

 

AzEdu.az Elman Rüstəmovun təhsil həyatını təqdim edir:

 

O, 1952-ci ildə Cəbrayıl  rayonunda anadan olub.

 

1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (Azərbaycan Dövlət İqtisadiyyat Universiteti) "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

 

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayıb.

 

1975-ci ildən 1978-ci ilədək aspiranturada oxuyub.

 

1980-cı ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışıb.

 

1986-cı ildə iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

 

1990-cı ildən 1992-ci ilədək Moskvada  doktoranturada təhsil alıb.

 

1993-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalə və nəşrlərin müəllifidir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları