Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-08 09:15:00
Xarı bülbülü yetişdirən şagirdlər-Peşə təmayüllü siniflərdən reportaj-FOTOLAR 

“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi 2019-2020-ci tədris ilində Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlayıb.

 

Hazırda layihə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərir.

 

AzEdu.az Bakı şəhər Zirə qəsəbəsi 120 nömrəli tam orta məktəbin peşə təmayüllü siniflərindən olan reportajı təqdim edir:

 

Belə ki, həmin məktəbdə  dülgər, İT mütəxəssisi, dərzi və aqronom kimi ixtisaslar mövcuddur.

 

İlk olaraq İT peşə təhsil sinifləri ilə tanış olmağa başlayaq:

 

Gözümüzə ilk  çarpan şagirlərin şəhidlərin xatirəsinə  nəşr etdiyi kitab oldu. Burada Zirə qəsəbəsindən olan üç şəhidin xatirələri, həyatı və  ailələləri ilə müsahibələri yer alır.

 

Məktəbin İT üzrə müəllimi Pərvanə Əliyeva bizə şagirdlərin bu sahəyə olan marağının yaranmasından söz açır:

 

“Şagirdlər İT təmayüllü siniflərində  kompüterin daxili və xarici qurğuları, eyni zamanda sistem blokun sökülüb-yığılması və ona qoşulan qurğular haqqında məlumat əldə edirlər. Son dərslərimiz şəbəkə haqqında oldu və  otaq şəraitində kompüterlər arasında əlaqə qurmaq,  həmçinin, onlar qlobal şəbəkəyə qoşulmağın yollarını öyrəniblər”.

 

Növbəti sinifdə olan şagirdlərin əsas maraq dairəsi aqronomluqla bağlıdır:

 

“Şagirdlər həmin siniflərdə aqronom bitkilərə ev şəraitində qulluğu, təbiəti qormağın yollarını öyrənirlər.

 

Aqranom Hicran Kərimova şagirdlərin aqronomluğa marağından söz açıb:

 

“Burada sinifdə həyət şəraitində bitkilərə qulluğu öyrədirik. Açıq havada olan təcrübə sahəmizdə becərilə bilən bitkilər, onların bazarı və bu peşənin bütün sirrərini  şagirdlərə öyrədirik. Burada “Sağlam bitki həyatdır” aksıyamız, “Xarı Bülbül” lahiyəmiz olub. “Xarı Bülbül” lahiyəsi şəhidlərin ruhuna ithaf olunub”.

 

 

Digər ünvanımız dərzi peşəsinə yiyələnmək istəyən şagirdlərin təhsil aldığı siniflər oldu:

 

Dərzi şagird Aytac Quliyeva  bizə bu siniflərdə dərslərin maraqlı keçdiyini bildirib:

 

“İki profildə təhsil almışam. İlk olaraq İKT sonra isə dərzilik üzrə biliklərə yiyələnmişəm. Peşə təmayülü siniflərdə maraqlı praktikalar və seminarlar keçirilir”.

 

Növbəti dayanacağımız dülgərlik sinifinədir:

 

Dülgərlik sahəsinə marağı olan sagirdlər arasında  olan Tağı Tağızadə bu peşənin sirrlərini dərindən mənimsəyir:

 

“Dülgərlik sahəsi çox maraqlıdır. Dərsləri zəif olan şagird olmuşam. Bu sahəyə marağım olduğu üçün peşə sinifində oxumağa qərar verdim. Gələcəkdə bu istiqamət üzrə işləmək istəyirəm”.

 

 

 

Son olaraq qeyd edək ki, layihənin fəaliyyətə başladığı 2019-2020-ci tədris ilində ölkə üzrə 20 məktəbdə 20 peşə təmayüllü sinif açılıb. 2020-2021-ci tədris ilində isə paytaxt və bölgələrdə 35 məktəb, 55 sinif, 165 müəllim heyəti ilə fəaliyyət göstərmişdir.

 

Hazırda 2021-2022-ci tədris ilində "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi növbəti 45 yeni sinif açmaqla siniflərin sayını paytaxt və bölgələri əhatə etməklə 80 məktəbdə 124 sinfə çatdırmışdır. Yeni siniflərin açılması ilə hazırda 414 nəfər müəllim, 2387 şagirdi əhatə edir.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları