Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-14 08:58:00
“Tarixdə bu gün” - 14 may...

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

14 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

14 may 1796-ci ildə ingilis cərrah Edvard Cenner (Edward Jenner) ilk çiçək peyvəndini həyata keçirdi.

 

14 may  1836-cı ildə şahmat üzrə ilk dünya çempionu Vilhelm Steynits (Wilhelm (later William) Steinitz) 1836-cı ilin 14 mayında Praqada dünyaya gəlib:

 

47 (1883) yaşından Amerika Birləşmiş Ştatlarında yaşayan Vilhelm 3 il sonra - 1886-cı ildə dünya çempionu adı uğrunda həlledici matçda Tsukertorta qalib gələrək şahmat tacına sahib olub və bu adı üzərində 8 il daşıyıb. O, həm də şahmat oyununun bir sıra mövqelərini nəzəri cəhətdən əsaslandırıb.

 

Vilhelm Steynits 1894-cü ildə dünya çempionu adı uğrunda növbəti yarışda Emmanuel Lakerə uduzub. (1836-1900)

 

14 may 1948-ci ildə İsrail dövləti qurulub:

 

1947-ci il noyabrın 29-da BMT Baş Assambleyasının qərarına əsasən, Böyük Britaniyanın mandatı altında olan Fələstin ərazisi iki müstəqil ölkəyə - ərəb və yəhudi dövlətlərinə parçalandı, Qüds isə BMT-nin idarəsi altında nüstəqil inzibati vahidə ayrıldı və şəhərə xüsusi beynəlxalq status verildi.

 

İngilislərin Fələstin torpaqlarından çəkilməsindən sonra Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası 1948-ci il mayın 14-də müstəqil İsrail dövlətinin qurulduğunu elan etdi. Lakin fələstinlilər bununla razılaşmayaraq İsraillə silahlı mübarizəyə başladılar. Bu münaqişə indiyədək davam etməkdədir.

 

 

 14 may 1973-cü ildə ABŞ-ın ilk kosmos stansiyası “Skylab”dan fəzaya raket buraxıldı.

 

1918-ci il mayın 14-də Osmanlı (Türkiyə) ədliyyə naziri və xarici işlər naziri vəzifələrini icra edən Xəlil Menteşe Bakı istiqamətində hərəkət edən ingilis ordusuna qarşı Osmanlı qoşunlarının Transqafqaza buraxılması haqqında Zaqafqaziya seyminə nota verdi:

 

Eyni zamanda da Azərbaycan nümayəndələri Bakı Xalq Komissarları Sovet qoşunlarının Gəncə istiqamətində hərəkət etməsinin qarşısını almaq üçün türk qoşunlarının Tranqafqaz ərazisindən keçməsinə razılıq verilməsini tələb etdilər.

 

 O vaxt Batum konfransı nümayənsələri arasında fikir ayrılığı olmasına baxmayaraq, Türkiyə (Osmanlı) qoşun hissələri Transqafqaza daxil ola bildi.