Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-06 14:30:00
Bağçaya işə qəbul üzrə hansı mövzular salınmalıdır?-Mütəxəssis rəyi

 

 

“Bağça tərbiyəçilərinin biliklərinin  deyil, bacarıqlarının yoxlanılması  daha yaxşı olardı”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva deyib.

 

Tərbiyəçilər  yalnız təhsil vermirlər, eyni zamanda qayğı ilə məşğul olurlar.  Burada emosianal duyğuların yoxlanılması daha məqsədəuyğundur”.

 

Mütəxəsis imtahan suallarının bu şəkildə qurulmasını daha doğru hesab etdiyini bildirdi:

 

“İmtahan sualları  müəllimin metodiki göstəricilərini önə çıxaracaq şəkildə qurulmalıdır. Metodika daxilində ətraf aləmlə tanışlıq,  riyazı təfəkkül və   nitqin inkişafı fənləri,  eləcədə məşğələlərin hansı formada qurulması bacarıqlarını üzə çıxaracaq suallardan istifadə edilməlidir.  Eyni zamanda imtahana  kurikulum və onun tətbiqi ilə bağlı proqramla necə işlədikləri və məktəbəqədər təhsillə bağlı nə qədər məlumatlı olduqlarını göstərən fənnlər salınmalıdır”.

 

Xalidə Musayeva  MİQ müsabiqəsi ilə bağlı düşüncələrini də bizimlə bölüşdü:

 

“Bildiyimiz kimi məktəb müəllimlərinə daha çox  beynəlxalq səviyyədə nəzəriyyələrdən sual verilir ki, mən onları  artıq  həsab edirəm .Müəllimin nəzəriyyədən daha çox tətbiq məsələsini bilməsini daha  vacibdir. Çox təəssüf ki, imtahanda əzbərçiliklə  yüksək bal toplayan, amma, sonradan tətbiq məsələsində  uğurlu olmayan müəllimlərimiz xeyli saydadır. Ona görə mən daha çox praktika yönümlü sualların, situasiaların təhlili,   həmçinin çıxış  vəziyyətləri ilə bağlı sualların daha çox olmasına üstünlük verərdim”.

 

Düzdür burda fərqli nüanslar var bu nüansların təhlil olunması əlbətdəki vacib məsələdir. Çox təəsüflər olsun ki, fənnlər məlum deyil . Əvvəlcədən müəllimlərin məlumatlandırılması,hazırlıq üçün onlara müəyyən müddət verilməsi  vacibdir” .

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları