Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 12:21:00
Regional Təhsil İdarələrinin yaradılması problemləri həll edəcəkmi?-Ekspert rəyi

 

 

“Təhsil üzrə idarəetmə sistemində ciddi problemlər mövcud idi”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

Belə ki, Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı proses yekunlaşmaq üzrədir.

 

Bu barədə Təhsil Nazirliyindən xəbər verilib.

 

Elşən Qafarov  regional təhsil idarələrinin yaradılmasının təhsilin inkişafına necə təsir edəcəyindən söz açıb:

 

“Təhsildə regional idarələrin yaradılması  idarəetmə strukturlarında islahatların bir parçası kimi qiymətləndirilə bilər. Həmin idarələrin təsis edilməsi dövlət strukturlarının  regionlaşması prosesinin bir parçasıdır. Bu, mərhələ illərdir, davam edir. misal olaraq, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi qurumlar da bu təcrübədən istifadə edir. Məsələnin təhsil üçün önəminə gəldikdə isə idarəetmə sistemində problemlər mövcud idi. Yerli İcra Hakimiyyəti haqqında əsasnamədə qeyd olunub ki, rayon təhsil şöbələrinin rəhbərləri Təhsil Naziliyi ilə razılaşdırma əsasında təsdiq etməlidir. Bu, da müəyyən məsələlərdə rayon icra hakimiyyətinin birbaşa olaraq müdaxiləsinə və neqativ halların yaranmasına səbəb olub. Təhsil sahəsində həmin problemlərin qarşısını almaq mümkün olmayıb. Çünki RTŞ müdiri birbaşa olaraq icra hakimiyyətinin təsdiq etdiyi şəxs olurdu. Hazırki vəziyyətdə atılan addımlardan sonra regional təhsil idarələrinin yaradılması birbaşa müdaxilə olmadan Təhsil Nazirliyi tərəfindən məsələnin qiymətləndrilməsinə şərait yaradacaq. Həmin müəssisələr idarəetmənin optimallaşdırılması və daha çevik sistemin yaranmasına gətirib çıxaracaq”.

 

Ekspert son illər təhsil sahəsində yaranan özbaşnalıqlardan da söz açıb:

 

“Son 10 ildə Təhsil Nazirliyi həddindən artıq mərkəzləşmə siyasəti yeridirdi. Bütün rayon təhsil şöbələrinin, digər struktur bölmələrinin və məktəbdə çalışan bir çox şəxslərin səlahiyyətləri Təhsil Nazirliyinə keçmişdi. Bu dərəcədə mərkəzləşmə əvvəlcədən yalnış idi. Biz öncədən bunu dilə gətirdik, son illərdə bütün çalışmalara baxmayaraq, xüsusən də, ümumtəhsil sahəsində problemlərin qalması və daha da böyüməsi mərkəzləşmə siyasətinin düzgün seçilməməsi ilə bağlı idi. Artqı regional təhsil idarələri yaradıldıqdan sonra səlahiyyətlər regional strukturlara ötürüləcək. Bu, da olan problemlərin daha operativ həllinə gətirib çıxaracaq. Düşünürəm ki, bunun çox müsbət nəticələri olacaq. Əsas məsələ vəzifənin düzgün yerinə yetirilməsi ilə bağldır. 7 il bundan öncə Ərazi Hesablama Mərkəzləri yaranıb və regional təhsil sahələri ilə bağlı ilkin addımlar  həmin zamandan atılıb. Çox təssüf olsun ki, bu kimi qurumlarda neqativ halların sayı ildən-ilə artmaqdadır. Lakin regional təhsil idarələrindən ümidliyik, çünki Təhsil Nazirliyi mərkəzləşmə  siyasətindən imtina edib. Səlahiyyətlərin böyük hissəsi regional təhsil idarələrinə veriləcək. Digər tərəfdən isə bu qurumlar baş verən neqativ hallara daha çevik reaksiya vermək imkanı əldə edəcəklər. İlkin olaraq bu idarələrin ştat cədvəlləri Nazirlər Kabineti tərəfindən fevral ayında təsdiq edilib. Düşünürəm ki, yaxın günlərdə onun formalaşması üçün Təhsil Nanzirliyi əlindən gələn addımı atacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları