Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 10:37:00
BMU:“Universitet-sənaye əməkdaşlığı” çərçivəsində müzakirələr aparılıb

Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının və “Gəncə İş Adamları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Universitet-sənaye əməkdaşlığı” çərçivəsində görüş təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd BMU-nun sənaye müəssisələri ilə əlaqələrinin genişləndirilməsi, həmçinin ali təhsil ocağının maddi-texniki bazası, yüksəkixtisaslı kadr hazırlığı istiqamətində tətbiq etdiyi yeniliklərlə yaxından tanışlıq olub.

 

 Aparılan müzakirələr zamanı tələbələrin istehsalat təcrübələrinə göndərilməsi və işlə təmin olunması üçün yeni əməkdaşlığın qurulması, ortaq proqram və layihələrin hazırlanması imkanları da ətraflı nəzərdən keçirilib.

 

Müzakirələrdə BMU-nun Memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov, Avtomatika və elektroenergetika kafedrasının müdiri, professor Ramiz Hümbətov, Mexanika mühəndisliyi kafedrasının laboratoriya müdiri Rüstəm Kələntərov, Təcrübə şöbəsinin müdiri Həzi Qasımov və Texnoparkın baş mütəxəssisi Arif Nəcimov iştirak edib.

 

Görüşdən sonra qonaqlar - “Gəncə İş Adamları” İctimai Birliyinin və üzv şirkətlərin (“Fresh Air Mechanical engineering” MMC, “Logitrans” MMC, “Nabucco Memarlıq və İnşaat” MMC, “Fleetstock Group” MMC, “STV Engineering” MMC və “FİNS” MMC) rəhbərliyi BMU-nun sinif otaqları, İKT, Mexanika və Kimya mühəndisliyi laboratoriyaları və s. ilə yaxından tanış olublar.