Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-04 15:05:00
Şagirdlər damı uçan məktəbdən təxliyə olunub-Direktordan AÇIQLAMA

 

 

 

“Külək səngidikdən sonra şagirdlər məktəbdən təxliyə olunub”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı şəhər Yeni Günəşli qəsəbəsi 278 nömrəli tam orta məktəbin direktoru Məlahət Əliyeva deyib.

 

 

Belə ki, bu gün baş verən güclü külək nəticəsində 278 nömrəli tam orta məktəbin damı uçub.

 

 

Direktor baş verən hadisəyə münasibət bildirib:

 

 

“Məktəbin dam örtüyünün uçması ilə bağlı yayılan məlumatlar doğrudur. Təhsil müəssisəsinə heç bir zərər dəyməyib. Hadisə zamanı uşaqlar dərsdə olub. Külək səngidikdən sonra şagirdlər məktəbdən təxliyə edilib. Hadisə nəticəsində heç bir şəxsə ziyan vulduğu müşahidə edilməyib. Bütün müvafiq qurumlara məlumat verilib. Onlar hadisə yerində olublar, baş verən prosesə qiymət verilib. Külək ara verdikdən sonra təmir işlərinə başlanılacaq. Əgər sabah hava şəraiti imkan versə, şagirdlərimiz dərslərinə davam edəcəklər”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları