Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-04 12:10:00
Dam örtüyünün uçması nəticəsində xəsarət alan olmayıb-RTŞ-dən AÇIQLAMA

 

 

 

“Xırdalan şəhərində güclü küləyin törətdiyi fəsad zamanı xəsarət alan olmayıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib.

 

“Güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları