Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-04 11:05:00
BU ŞƏXSLƏR üçün şans imtahanları keçiriləcək-DİM-dən CAVAB

 

 

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 3 aprel tarixində  əvvəlki ilin məzunları üçün qəbul imtahanının I mərhələsi təşkil edilib.

 

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.

 

İştirak edən şəxsləri maraqlandıran məsələlərdən biri də əvvəlki ilin məzunları üçün yenidən şans imtahanlarının keçirilib-keçirilməyəcəyi ilə bağlıdır.

 

 AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, əvvəlki illərin məzunları üçün şans imtahanları keçirilməyəcək.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları