Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 10:59:00
IV qrup niyə keçilməz səddə çevrildi?-500 və 600 bal toplayıb, “kəsilən”lərin sayı  

DİM ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak edib, universitetə qəbul olunmayan abituriyentlərin ballarını açıqlayıb. Göstəricilərdən aydın olur ki, universitetə qəbul olunmayan abituriyentlərin daha çoxu  IV ixtisas qrupundadır.

AzEdu.az xəbər verir ki, bu ixtisas qrupu üzrə müsabiqədə iştirak edən 6000-dən çox abituriyent aşağı bal topladığına görə ali təhsil müəssisələrinə qəbul oluna  bilməyib. Balların kifayət qədər yüksək olduğu bu ixtisas qrupunda əsasən 610-dan yüksək nəticə göstərən abituriyentlər qəbul olunublar. 600-609  arası bal toplayan 6 abituriyent isə universitetə qəbul oluna bilməyib.

590-599 aralığında bal toplayan 9, 580-589 arası balı olan 12 abituriyent də plan yerlərindən kənarda qalıb. Ümumilikdə, IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 275 abituriyent tələbə adını qazana bilməyib.

Qəbul ballarının kifayət qədər yüksək olmasına baxmayaraq, bu ixtisas qrupunda 200 civarında nəticə göstərən abituriyentlər də az olmayıb. Məsələn, 200-209 arası bal toplayan 386 abituriyent heç bir ali təhsil müəssisəsinə qəbul olunmayıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları