Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 09:51:18
Müəllimlər MİQ imtahanlarında ən çox nələrdən narazı qalıblar? - SORĞU

Müəllim olmaq istəyən şəxslər artıq III mərhələdə mübarizə aparırlar. I mərhələdə test mərhələsindən uğurlu keçən namizədlər artıq özlərini müsahibə mərhələsində sınayırlar.

AzEdu.az saytının növbəti sorğusu da Müəllimlərin İşə Qəbulu imtahanları ilə bağlıdır.

Sorğu sualı belədir: MİQ imtahanlarında müəllimləri ən çox narazı salan məqamlar hansılardır?

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az saytının əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.

1. Kurikulum və məntiqə aid sualların çaşdırıcı və həddindən artıq mürəkkəbliyi;
2. Test və müsahibə mərhələsinə hazırlaşmaq üçün lazımı metodiki vəsaitin çatışmazlığı;
3.Kurikuluma bağlı lazımı vəsaitin demək olar ki, olmaması;
4. Vakant yerlərin həddindən artıq az verilməsi;
5.Komissiya üzvlərinin tərkibindəki uyğunsuzluq və ekspertlərlə bağlı narazılıq;
6. Sualların doğru cavabların bilinməməsi. Bu, imtahan verən  bir çox müəllimi  narazı saldı;
7. Komisiya üzvlərinin sosial şəbəkədə özünü bildirməsi;
8. Müsahibədə texniki fənn müəllimlərinə tarixi-humanitar sualların həddindən artıq çox  verilməsi;
9. Eyni fənn üzrə imtahanların bir neçə sessisiyada təşkil olunması;
10. İxtisasa dair sualların daha çox ənənəvi formada hazırlanması;
11. İmtahan məntəqəsinin bölgələrdə deyil, yalnız Bakıda yerləşməsi;
12. Qonaq qismində gələnlərin və media nümayəndələrinin imtahanın gedişini birbaşa imtahan zalından izləməsi;
13. Sualların eyniliyi: Səhər və günorta vaxta  imtahana daxil olan müəllimlərə bəzən eyni sualların verilməsi.