Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-31 12:43:00
Dünyanın ən inkişaf etmiş təhsil sisteminə malik olan ölkə-İsveçrə

İsveçrə ən qabaqcıl təhsil sisteminə malik  ölkələr sırasındadır. Ona görə də xaricdə universitet təhsili üçün ən çox seçilən ölkələrdən biridir.

 

AzEdu.az xəbər verir ki, İsveçrədə  milli səviyyədə Təhsil Nazirliyi yoxdur. Dillərin müxtəlifliyi və federal sistemə görə təhsil mərkəzləşdirilməyib. 

 

Ölkə etnik azlıqlara görə fərqli təhsil quruluşuna malikdir. İsveçrədə icbari təhsil müddəti 9 ildir. Lakin ibtidai və orta məktəblərin təhsil müddəti etnik azlıqlara görə dəyişir. Məsələn, bəzi xalqlarda  ibtidai sinif 4 il, bəzilərində 5 və ya 6-dır.

 

Maraqlı faktlardan biri odur ki, ölkədə şagirdlərdən məktəbə getmək üçün forma geyinmələri tələb olunmur. Təhsil müəssisələrinin giriş-çıxışında növbələr, mərasimlər kimi  heç bir ritual yoxdur.

 

Şagirdlər bədbəxt hadisələrə qarşı  sığortalanır.

 

Sonda  qeyd edək ki, məktəbəqədər hazırlıq  icbari təhsilə daxil deyil və ölkədə  uşaqların ən azı bir il uşaq bağçasına pulsuz getmək hüququ var. 

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları