Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-30 11:48:00
AzTU universitet-sənaye işbirliyini inkişaf etdirir

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasında “ATEF Şirkətlər Qrupu”nun  baş müəhəndisi Nadir Kərimovla görüş keçirilib. Görüşdə AzTU-nun Tədris şöbəsinin müdiri Ərəstun Məmmədov, dekanlar, kafedra müdirləri və tələbələr iştirak edib.

 

Bu barədə  AzEdu.az-a universitetdən məlumat verilib. Bildirilib ki, Nadir Kərimov “ATEF Şirkətlər Qrupu”nun fəaliyyəti, Maşınqayırma texnologiyası kafedrasının tələbələrinin müəssisədə keçdiyi istehsalat təcrübəsinin gedişi, elmi-tədqiqat işləri haqqında məlumat verib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.