Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-30 10:24:00
“Məktəbdə  müəllimin geyim qaydasına  nəzarət olunması vacibdir”-  Səbəb

 

 

Azərbaycanda dövlət ümumtəhsil müəssisəsilərində təhsilalanların yalnız dörd rəngdə yeni geyim formalarından istifadə edəcəkləri  haqqında  əvvəlki günlərdə baş nazir Əli Əsədovun qərar imzalayıb .

 

Son günlər sosial şəbəkə və onlayn mediada təhsilverənlərin də vahid formasının olması ehtimal olaraq gündəmə gəlib.

 

 

Həmin məsələ ilə bağlı  AzEdu.az bəzi şəxşlərin fikirlərini öyrənib  

 

“Müəllim və  şagirdi  tam çərçivəyə salmaq  o dərəcədə  düzgün deyil”

 

Bu sözləri açıqlamada “Hədəf” şirkətlər qrupunun  direktoru, təhsil mütəxəssisi  Şəmil Sadiq deyib:

 

“Son vaxtlar  bu mövzu ilə bağlı fikirlər sosial şəbəkələrdə geniş yayılıb.   Mənim düşüncəmə görə ümumiyyətlə müəllimi və  şagirdi  tam çərçivəyə salmaq  o dərəcədə  düzgün deyil.  

 

Əlbəttə nizam-intizam baxımından  müəyyən  geyim qaydalarına  riayət etmək  lazımdır. Ümumiyyətlə, məktəbdə  müəllimin geyim qaydalarına nəzarət olunması vacibdir. Mən müəllimlərin vahid forma geyinməsinin tərəfdarı deyiləm. Günümüzdə nəinki Azərbaycanda dünyada belə  bunu etmək  çətin mövzudur.  Çünki  hazırkı  insanların yaşamı, güzaranı  buna uyğun  deyil. Məktəbdə  müəllimin özünəməxsus  geyim tərzi olmasına və ona nəzarət olunmasının tərəfdarıyam”.

 

Mövzu ilə bağlı təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmli də fikirlərini bizə bildirib.

 

 

“Vahid müəllim formasına ehtiyac yoxdur, amma, “dres kod”una ehtiyac var”.

 

 “Dres kod o deməkdir ki, müəyyən bir çərçivə hazırlanır ki, müəllimlər bu formada geyinsin. Məsələn: şalvar ətək köynək standart olsun.  Həmçinin, müəllim bəzək əşyalarından istifadə edirsə bu müəyyən çərçivədə olsun.

 

 

Fikrimcə, ümumi vahid forma  insanların özünəməxsusluğunu  aradan qaldırır. Hərkəsi eyni formaya salmaq  ənənəvi bir üslubdur. Müəllimləri eyni formaya salmaq sənayə inqilabı dövründəki məktəblərə oxşayır ki,  fikrimcə buna ehtiyac yoxdur.  Biz demokratiyanın daha da irəliləməsinə çalışırıq bu məqamda hamını eyniləşdirmək, müəllimləri vahid formaya salmaq  düzgün deyil. Bu müəllim müstəqilliyindən geriyə dönmək olar”

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları