Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-16 16:43:59
500 və 600-dən çox bal toplayan bu qədər abituriyent universitetə girə bilmədi – RƏSMİ

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimlərinin nəticələri ilə bağlı  jurnalistlərlə keçirdiyi görüşdə bir çox məsələlərə toxunub.

O, həmçinin ali təhsil müəssisələrinə qəbul oluna bilməyən abituriyentlər barədə də məlumat verib.

AzEdu.az-ın məlumatına görə, M. Abbaszadə  bildirib ki,  IV ixtisas qrupu üzrə 610-dan yuxarı bal toplayanların hər biri ixtisas seçimi edib və qəbul olublar.

600-610 bal arası bal toplayan 6 nəfər isə universitetə qəbul oluna bilməyib. Çünki onlar ixtisas seçimi ərizəsində yalnız iki ixtisası qeyd ediblər: müalicə işi ödənişli və dövlət sifarişi əsaslarla.

500-dən yuxarı bal toplayan 44 abituriyent isə qəbul oluna bilməyib. Onlar boş qalan yerlərə ixtisas seçimi elan olunduqda ixtisas seçimi edərək qəbul oluna bilərlər.