Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-29 11:49:00
“UNEC-i tanı” layihəsinə yenidən start verilib

II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər hər həftənin I-V günləri saat 10:00-16:00-dək UNEC-in əsas tədris binasında (İstiqaliyyət, 6), I və V ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər isə hər həftənin çərşənbə və cümə, saat 10:00-16:00-dək UNEC-in 3-cü tədris binasında (Murtuza Muxtarov, 194) “Abituriyent məlumat mərkəzinə” yaxınlaşa bilərlər.

 

AzEdu.az xəbər verir ki, UNEC-i abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq məqsədilə təşkil olunan layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları, beynəlxalq proqramlar və. s barədə ətraflı məlumat veriləcək. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.

 

Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə UNEC-in rəsmi Facebook (https://www.facebook.com/unecedu) səhifəsi, eləcə də 012-492-60-43 nömrəsi ilə əlaqə saxlayaraq onları maraqlandıran suallara cavab ala biləcəklər.

 

Xatırladaq ki, UNEC-ə I, II, III, IV və V ixtisas qruplarında 22 ixtisas üzrə bakalavr qəbulu həyata keçirilir.