Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-29 11:34:00
BMU-da “Elm günü”nə həsr olunmuş tədbir keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Abşeron rayon Heydər Əliyev Mərkəzində “Elm günü”nə həsr olunmuş tədbirdə iştirak edib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova ölkə Prezidenti cənab İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamından bəhs edib.

 

G.Rəhimova ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi elmin inkişafında da yeni mərhələnin başlanılmasından, Azərbaycan elminin inkişafına dövlət səviyyəsində göstərilən böyük qayğıdan, həmçinin ölkədə alimlərin və elmin nüfuzunun yüksəlməsindən ətraflı danışıb.

 

Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev müstəqil Azərbaycanın uğurla həyata keçirdiyi dövlət siyasəti proqramı, eyni zamanda ölkəmizdə elmin dünya elminə inteqrasiyası yolunda görülən genişmiqyaslı işlər barədə məlumat verib.

 

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə verdiyi dəstəyi vurğulayıb və bu istiqamətdə icra olunan dövlət proqramlarını sadalayıb. Müasir dövrdə innovasiya və texnologiyaların rolunu önə çəkən prorektor bildirib ki, 30 ildən artıq işğal altında olan torpaqlarımızın azad edilməsində elmi innovasiyaların və texnologiyaların əhəmiyyəti təsdiq olunub. 

 

E.Süleymanov çıxışında şagirdləri həvəsləndirmək məqsədilə Təhsil Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası və Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi “Sabahın alimləri” mövzusunda elmi müsabiqəyə də toxunub.

 

Abşeron Rayon Təhsil şöbəsinin müdir əvəzi Pərviz Əhmədov ölkəmizdə gedən təhsil islahatlarından, həmçinin Abşeron rayonunda təhsil sahəsindəki görülən işlər barədə zəruri məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman  Məmmədov (Qüdsi) “Lider və kreativ müəllim kimdir?” mövzusunda məruzə ilə çıxış edib.

 

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb.