Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-29 11:04:00
UNEC SABAH heyəti Macarıstanın aparıcı universitetinə dəvət olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) SABAH mərkəzinin rəhbəri dosent Aida Quliyeva və həmin mərkəzin 15 tələbəsi Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin dəvəti ilə işgüzar səfərdə olub.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, fakültə inkişaf proqramı çərçivəsində işgüzar səfərdə olan UNEC SABAH heyətinə Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti haqqında məlumat verilib. İqtisadi sosial elmlər fakültəsinin dekanı Tamas Koltai UNEC SABAH məzunlarının həmin universitetdə magistratura pilləsində təhsillərini davam etdirdiklərini diqqətə çatdıraraq, məzunların biliyinin yüksək olmasının onların xüsusi marağına səbəb olduğunu və bu səbəbdən də UNEC SABAH heyətini universitetə dəvət etdiklərini deyib.

 

Səfər çərçivəsində SABAH tələbələri magistratura təhsili alan beynəlxalq qrupların tədris prosesində iştirak ediblər.

 

SABAH mərkəzinin rəhbəri dosent Aida Quliyeva isə həmin ingilisdilli beynəlxalq qruplarda “Azərbaycan iqtisadiyyatının müqayisəli təhlili” (Comparative analysis of Azerbaijan economy) mövzusunda mühazirə oxuyub, fakültə inkişafı ilə bağlı işgüzar görüşlərdə iştirak edib.

 

Səfərin sonunda dekan və tələbələrə sertifikatlar təqdim olunub.