Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 12:40:00
UNEC-də bu mövzuda təlimlər keçirilir    

Elm festivalı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera mərkəzi tərəfindən “İş yeri qur, iş yeri axtarma! Bunun üçün nə etməli?” mövzusunda təlim keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, Karyera mərkəzinin direktoru Sənan Həsənovun keçdiyi təlimdə sahibkar düşüncəsi və onun fərqli xüsusiyyətləri, bacarıqlar, davranışlar və dəyərlər barəsində iştirakçılara məlumat verilib.

 

Sonda tələbələrin biznes ideya seçimi ilə bağlı sualları cavablandırılıb