Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 10:56:00
ADNSU-da 4 pakistanlı tələbə təhsil alır

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2021-2022-ci tədris ilində təhsil alan tələbələrdən 4-ü pakistanlı gəncdir.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, universitetdə ümumilikdə 26 ölkədən, o cümlədən Gürcüstan, Çin, Rusiya, Suriya, Türkiyə, Yəmən, Misir, Sudan və Monqolustandan olan tələbələr təhsillərini uğurla davam etdirirlər.

 

ADNSU-da əcnəbi tələbələrin təhsili üçün bütün lazımi şərait yaradılıb.