Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-16 11:48:48
“596 ballıq” saxtakarlıq – Yayılan məlumat fotomontaj imiş

596 bal toplayıb seçdiyi heç bir ixtisasa düşməyən abituriyentin sənədi ilə bağlı DİM-dən açıqlama verilib.

AzEdu. az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, elektron ərizəyə müdaxilə olunub.

Sənəd “Fotoşop” proqramı ilə düzəldilib, yəni bal 596 deyil.Həmçinin ekspert əlavə edib ki, məsələylə bağlı şəxsən DİM-ə gedir:

“Əziz dostlar, mənə dünən bir abituriyent və valideyni müracət edərək övladlarının yüksək bal toplamasına baxmayaraq qəbul olmadığını bildirmişdilər.
Məndə onlardan şəxsi kabinetin istifadəçi adı və parolunu istədim. Amma mənə verilən fin kod və parol ilə elektron ərizəyə daxil ola bilmədim.
İndi Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladım. Mənə məlumat verildi ki, abituriyent tərəfindən mənə göndərilən elektron ərizəyə müdaxilə olunub. O fotoşopdur. Yəni əslində abituriyentin topladığı bal 596 deyil.
Mən bu məsələnin bütün hüququ yolarla həllini təmin edəcəm. Əgər bu valideyn tərəfindən edilən addımdırsa o, zaman DİM-i ciddi məhkəmə gözləyir.
Yenə də deyirəm ki, bu məsələ ilə bağlı DİM-in mövqeyi odur ki, sənəd fotoşopdur.
İndi özüm də şəxsən DİM-ə gedirəm”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin Xanlar Xanlarzadənin verdiyi Bizimyol-a verdiyi açıqlamaya görə isə yayılan məlumat saxtadır:

“Abituriyentin həmin nəticəsi fotomontajdır. Tələbə orada qeyd olunandan da az nəticə göstərib. Sadəcə olaraq həmin fotoşəkil montaj olunaraq ictimaiyyət aldadılıb. Çox təəssüf hissi ilə qeyd edirik ki, belə fotomontaj edərək cəmiyyəti, insanları aldadırlar, fikir çaşqınlığı yaradırlar”.