Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-16 10:59:21
İxtisas seçimində hamını təəccübləndirən nəticə - 596 bal toplayanın kobud səhvi,  yoxsa, texniki xəta? - FOTO

Təhsil eksperti Kamran Əsədov “facebook” hesabında  çox təəccüblü bir məsələ ilə qarşılaşdığını bildirib.  596  bal toplamış bir abituriyentin seçdiyi ixtisaslardan heç birinə düşmədiyi məlum olub:

 Məsələylə bağlı AzEdu.az-a açıqlama verən ekspert bildirib ki, bu il 645 balla kəsilənlər də var, bu, ayrı məsələdir.

“15 illik təcrübəmdə belə şey görməmişəm. Deməli, bu şəxs 596 bal toplayıb,amma seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balını  keçsə də, heç birinə qəbul olmayıb. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. AbituriyentDİM tərəfindən qəbul olmayıb. Düşünürəm ki, burda texnikisəhv olub”.