Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 10:04:00
Təhsil ekspertliyi niyə  çərçivəyə alınmalıdır? -ETİRAZLAR

 

 

“Təhsil eksperti ifadəsi müəyyən qədər çərçivəyə alınmalıdır. Ona görə ki, insanlar bu şəxslərin fikirləri ilə yola çıxırlar. Yanlış təhlil və informasiyalar ola bilər. Lakin kiməsə “təhsil eksperti” adının verilməsi mövcud problemləri aradan qaldırmayacaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlamsında təhsil eksperti Kamran Əsədov deyib.

 

 

O, son zamanlar müzakirələrə səbəb olan təhsil eksperti adının verilməsi fikrinə aydınlıq gətirib:

 

 

“Hazırda təhsildə kifayət qədər problemlərimiz olduğu halda, ona heç bir maneə törətməyən, əksinə inkişafını təmin edən təhsil ekspertlərini problemə çevirmişik. Bu sahədə həllini gözləyən ciddi məsələlər var. Amma  təəssüf  ki, biz bunları görə bilmirik. Əvəzində, heç bir əhəmiyyəti olmayan məsələlərlə məşğul oluruq. Bəzi  qurumların çalışdığı odur ki,  mətbuatda yalnız onların istədiyini deyən şəxslər fikir yürütsün. Biz bunu dəfələrlə müşahidə etmişik, təhsilə aid strukturlar  media orqanlarına  zəng edərək bəzi şəxslərdən müsahibə almamağı tövsiyə edir”.

 

 

Kamran Əsədov qeyd edir ki, ekspert ştat vahididir:

 

 

“Azərbaycanda “təhsil eksperti” ifadəsi var. Məsələn, Dövlət İmtahan Mərkəzində ekspertlər qrupu fəaliyyət göstərir. Bu ştat vahidi olaraq mövcuddur. Bəs biz nəyi düzəltmək istəyirik? Kimlərəsə “təhsil eksperti” adını verdikdə  hansı problemlər həll olunacaq?

 

 

Bu gün tədqiqat aparılmalıdır ki, hansı düzəlişlər edilsin. Bu təhsilin idarəedilməsi, onun məzmunu, standartları ilə əlaqəli ola bilər. Bu məsələləri həll etmək üçün mütəxəssislərə ehtiyacımız var. Bəzi qurumlar “ekspert” adını onlar üçün çıxış edib, alqışlayan  şəxslərə vermək istəyirlər.  Təhsildə müxalifət ola bilməz, bu, hamının işidir. Təhsil medianın, ekspertlərin və bütün cəmiyyətin parçasıdır”.

 

 

O, ekspert sözünün hansı hallarda işlədiyini deyib:

 

 

“Bu gün təhsil eksperti  iki  formatda təzahür edir. Birincisi  mətbuatın hansısa fikiri soruşmaq üçün müraciət etdiyi şəxs, digəri isə rəsmi ştat vahidi kimi. Dövlət İmtahan Mərkəzinin rəhbəri  təhsil eksperti olmaq üçün  15 il staj olmasının vacibliyini qeyd edib. Azərbaycan Respublikası Konstitusiyasında  edilən dəyişikliyə əsasən,  18 yaşı tamam olan şəxslər bir çox vəzifələri tuta bilərlər. Təhsil eksperti necə böyük problem oldu ki,  onun üçün 15 il staj tələb olunur?! Dövlət qulluğuna qəbulda  ən yaxşı vəzifəyə təyinat  üçün 5 il  staj lazımdır. Bu qədər problemi görməyərək, hansısa şəxsin mətbuata açıqlama verməsimi müzakirə etmək düzgün deyil”.

 

 

Kamran Əsədov vurğulayır ki, təhsil eksperti məsələsi tənzimlənmılidir:

 

 

“Təhsil eksperti ifadəsi müəyyən qədər çərçivəyə alınmalıdır. Ona görə ki, insanlar bu şəxslərin fikirləri ilə yola çıxırlar. Yanlış təhlil və informasiyalar ola bilər. Lakin kiməsə “təhsil eksperti” adının verilməsi mövcud problemləri aradan qaldırmayacaq. Yaxşı olar ki, həmin şəxslər  ali və orta ixtisas təhsili müəssisələrində  mütəxəssis olsun və ən azından dərslik müəllifi olaraq elmi məqalə yazsınlar. İndiyə kimi hansısa nazirliyin eksperti danışdırmaq üçün problem yaratdığını müşahidə etməmişəm. Məsələni yaradan təhsil qurumları və əməkdaşlarıdır. Onların dərdlərinin nə olduğunu bilmirəm.Təhsildə kifayət qədər problem və çatışmazlıqlar var. Bunlarla məşğul olmaq lazımdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları